Bakı və Sofiyada Bolqarıstan və Azərbaycanın turizm imkanlarının təqdimatı keçirilə bilər
Bolqarıstanın turizm naziri Miroslav Borşoş Azərbaycanın bu ölkədə səfiri Hüseyn Hüseynovla turizm sahəsində ikitərəfli münasibətlərin inkişafının imkanlarını müzakirə edib. SİA-nın Bolqarıstanın Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, tərəflər turizm sahəsində mübadilə prosesinin inkişafı üçün tədbirləri nəzərdən keçiriblər.
Görüşdə Bakı və Sofiyada 2025-ci ildə Bolqarıstanın və Azərbaycanın turizm imkanlarının təqdimatının keçirilməsi təklif olunub.
Nazirliyin xəbərində qeyd olunub ki, Bolqarıstan Azərbaycanla əməkdaşlığın dərinləşməsi üçün səylərini davam etdirəcək.
Səfir H.Hüseynov turizm sahəsində əlaqələrin dərinləşməsinin üstünlüklərini vurğulayaraq, bildirib ki, Azərbaycan və Bolqarıstanın bu sferada böyük potensialları var.