Maraqlıdır, bu həqiqəti gizlətməyə hesablanmayıb ki..?
…Deməli, Rusiyanın Ukraynada törətdiyi əməllərə dair sübutların toplanmasında mühüm rol oynamış Yale Universitetinin bölməsi ABŞ Dövlət Departamentinin maliyyəni kəsməsindən sonra martın 28-də bağlanacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yale Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının icraçı direktoru Nathaniel Raymond, bu addımı müharibə cinayətlərinin sənədləşdirilməsi və insanların məsuliyyətə cəlb edilməsi səylərinə “fəlakətli zərbə” adlandırıb.
Raymondun sözlərinə görə, hazırda bölmə Rusiya tərəfindən Ukraynadan qaçırılan 35 min uşağın harada olduğunu izləyir. Uşaq oğurluğu müharibə cinayətidir və Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bu cinayətdə ittiham olunub.
…İş yerlərimizin itirilməsi həqiqəti ört-basdır etmək və məsul şəxslərin məsuliyyətə cəlb edilməsinə mane olmaq istəyənlərin növbəti qələbəsidir.
Bunu Raymond bildirib.
…Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti Yale Universitetinə maliyyənin kəsildiyini təsdiqləyib.
Və bununla bağlı daha çox məlumat almaq üçün o, jurnalistləri hökumət müqavilələri ilə məşğul olan qeyri-kommersiya təşkilatı MITRE-ə yönləndirib, lakin şərh sorğusuna dərhal cavab verməyib…
…Yel bölməsinin işi açıq mənbə araşdırmalarına əsaslanır və Rusiyanın sistematik şəkildə uşaqları Ukraynadan çıxardığına dair ətraflı sübutları ehtiva edir. Yale Universitetinin tədqiqatçıları dekabr ayında dərc etdikləri son hesabatda Rusiya fərdləri və ailələri tərəfindən “sistemli məcburi övladlığa götürmə və himayə proqramı”na məruz qalan 314 uşağın taleyini sənədləşdiriblər.
Raymond tapıntıları BMT Təhlükəsizlik Şurasına təqdim edərək, “…ən azı bir halda, rus ailələrinə yerləşdirmənin bir hissəsi olaraq, qardaşlar Rusiya tərəfindən ayrılıb, – deyib.
O qeyd edir ki, onun qrupunun işi “həqiqətən qəhrəmanlıq” idi, çünki üç il ərzində müharibə cinayətlərini və insanlığa qarşı cinayətləri sənədləşdirmişdir.
O, qrupun son günlər fəaliyyətini davam etdirməyə çalışdığını, lakin peyk şəkillərinə çıxışın da kəsildiyi üçün buna mane olduğunu bildirib.
…Biz Rusiyada və işğal olunmuş ərazilərdə potensial ola biləcək 35 min uşağı Qara dənizdən Sakit okean sahillərinə qədər yenidən təhsil düşərgələri, himayədar ailələr və övladlığa götürmə agentlikləri də daxil olmaqla 100-dən çox yerdə izləyirik.
Bunu deyən Raymond, həmçinin komandasının üç illik məlumatların kütləvi arxivinə girişi itirdiyini söyləyib. Onlar əvvəllər Dövlət Departamentinin proqramı vasitəsilə məlumatlara çıxış əldə etmişdilər.
Bir müddət əvvəl bir qrup ABŞ qanunvericisi ABŞ dövlət katibi Marko Rubioya məktub yazaraq arxivin silinmiş ola biləcəyinə inandıqlarını bildirib.
Qaçırılan uşaqların geri qaytarılması məsələsi Ukrayna və Rusiya arasında gələcək sülh sazişinin mərkəzi nöqtələrindən biridir. Martın 11-də çıxış edən Rubio deyib ki, həll edilməli çoxlu məsələlər var, ən azı humanitar məsələlər, elə o cümlədən uşaqlar…
…Sülhə aparan davamlı yol humanitar yardımın göstərilməsi, xüsusən də hərbi əsirlərin mübadiləsi, mülki şəxslərin azad edilməsi, qanunsuz deportasiya edilmiş və Rusiya, eləcə də Belarusiyaya köçürülmüş bütün ukraynalı uşaqların, digər mülki şəxslərin geri qaytarılması səylərini əhatə etməlidir.
Qeyd edilməlidir ki, martın 20-21-də keçiriləcək Avropa İttifaqı sammitinin “Azadlıq” radiosunun nəzərdən keçirdiyi yekun bəyanat layihəsində bu məsələ vurğulanır.
Əli Babayev