Dünya

Əkrəm İmamoğlu həbs olunub


İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib və o, tezliklə həbsxanaya aparılacaq. SİA “A haber” telekanalına istinadən xəbər verir ki, məhkəmə prokurorun bələdiyyə sədrinin həbsə ilə bağlı vəsatətini təmin edib.

İmamoğluya qarşı iki ittiham irəli sürülüb. Biri meriyadakı korrupsiya, digəri terrora yardımdır. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi qeyd olunur.

Bu arada, ittiham tərəfinin vəsatətində “silahlı terror təşkilatına yardım etmək”, “cinayətkar təşkilat yaratmaq”, “tender nəticələrini saxtalaşdırmaq” və “rüşvət alma” iddiaları yer alıb.

Ə. İmamoğlu il yanaşı, daha 18 nəfər – Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoglu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Metə Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb.