16 yaşlı qızlar 16 saat açıq dənizdə qalıblar…
ABŞ-ın Florida ştatında balıqçılar dənizdə itən 16 yaşlı qızlarla təsadüfən rastlaşaraq onları xilas ediblər.
SİA-nın məlumatına görə, bu barədə ABC News xəbər verir. Deməli, iki qız paddle boarding – birlikdə avarçəkməyə gediblər. Onlar şişmə taxta üzərində avarın köməyi ilə ayaq üstə hərəkət ediblər.
Onları sonuncu dəfə martın 17-də saat 16:00-da görüblər. …Və tezliklə Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası və bir neçə könüllü təşkilat qızları axtarmağa başlayıblar, lakin onların bütün səyləri boşa çıxıb.
Amma qızlar yalnız ertəsi gün tapılıb.
Alex Jeffries, Vill Pauling və Russ Kuin dənizdə balıq tutarkən sal kimi görünən şeyin fərqinə varıblar.
Onlar yaxınlaşdıqda qızları görüblər.
Maraqlıdır ki, qnlar 16 saat açıq dənizdə qaldıqlarını bildiriblər.
Qızlar deyiblər ki, üstlərində axtarış helikopterinin uçduğunu görsələr də, lakin pilotun diqqətini necə cəlb edə bilməyiblər. Qızları sahilə aparıblar.
Nazlı Almuradova