Dünya

…Amma Rusiya bu cür təklifləri qəti şəkildə rədd edir





Çin Ukraynada, sülhməramlı qüvvələrdə iştirak etməyi nəzərdən keçirir



…Çin Ukraynadakı sülhməramlı missiyaya qoşulmağı düşünür. Brüssel hesab edir ki, Çinin iştirakı Rusiyanın sülhməramlılara münasibətinə yenidən baxmağa kömək edə bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.

Deməli, Çin Avropa İttifaqından avropalı tərəfdaşlarının belə bir təşəbbüsə dəstək olub-olmadığını soruşaraq, Ukraynada sülhməramlı qüvvələrdə iştirak etməyi düşünür.

…“Die Welt” mənbələrinin məlumatına görə, Brüsseldəki diplomatik dairələr hesab edir ki, Çinin “istəklilər koalisiyasına” daxil olması Rusiyanın Ukrayna ərazisindəki sülhməramlı qüvvələrə münasibətinə yenidən baxmağa kömək edəcək amilə çevrilə bilər, lakin bu addım “incə” olaraq qalır və ehtiyatlı yanaşma tələb edir.

Sülhməramlı missiya ideyası gələn cümə axşamı Parisdə baş tutacağı açıqlanan sammit fonunda gündəmə gəlib.

Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, sammitin məqsədi Ukraynaya qısamüddətli dəstək, eləcə də atəşkəs halında sülhməramlıların cəlb edilməsi ilə bağlı öhdəlikləri aydınlaşdırmaqdır.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də beynəlxalq arenada Ukraynaya gələcək dəstəyin müzakirə olunacağı sammitdə iştirak edəcək.

Britaniya tərəfindən dəstəklənən sülhməramlı missiya ideyası qızğın müzakirə mövzusu olaraq qalır, çünki Rusiya bu cür təklifləri qəti şəkildə rədd edir.

ABŞ Rusiya və Ukrayna ilə yeni atəşkəs danışıqları planlaşdırır.

Yeri gəlmişkən, Makron qeyd edib ki, Moskvanın atəşkəslə razılaşmaqdan imtina etməsi onun sülhlə bağlı ciddi niyyətinin olmadığını təsdiqləyir.

Əli Babayev