Dünya

Keniyayanın nəqliyyat təyyarəsi Somali yaxınlığında qəzaya uğrayıb


Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Arlaadi Media” portalı məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub.

Təyyarə Keniya sərhədi yaxınlığındakı Dhobley şəhərindən Moqadişuya uçurdu.

Hadisənin səbəbləri araşdırılır.