Dünya

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub


Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu edilib. SİA xəbər verir ki, martın 22-si axşam saatlarından başlayaraq martın 23-nə keçən gecə boyu Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, Ukrayna paytaxtında silsilə partlayış səsləri eşidilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının düşməsi Kiyevin 5 rayonunda qeydə alınıb. Baş verən partlayış və yanğın nəticəsində azı 3 nəfər həlak olub, onlardan biri beş yaşlı uşaqdır. Səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kiyevə edilən hava hücumu nəticəsində mülki infrastrukturda, xüsusilə hündürmərtəbəli yaşayış binalarında yanğın qeydə alınıb.