Paşinyan Gürcüstana səfər edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib. SİA xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Paşinyanla görüşü barədə “X” hesabında məlumat yayıb. Məlumata görə, onlar görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və ikitərəfli münasibətlərin pozitiv inkişaf dinamikasını müzakirə ediblər.
Kobaxidze Paşinyanla birgə Gürcüstan və Ermənistanın milli yığmaları arasında Tbilisidə keçiriləcək futbol matçını izləyəcəklərini qeyd edib.