Dünya

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib


Qazaxıstanda Astana-Karaqanda-Sortirovoçnaya xəttində “Turksib Astana” adlı özəl daşıyıcı şirkətə məxsus Kostanay-Almatı marşrutu üzrə hərəkət edən sərnişin qatarında yanğın baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və ya həlak olan yoxdur. Yanğın baş verən vaqon qatardan ayrılıb.

“Hadisə yerinə Astana stansiyasından yanğınsöndürmə qatarı göndərilib. Yanğın dəmiryol işçiləri və Fövqəladə Hallar Departamentinin əməkdaşları tərəfindən söndürülüb. Hadisənin səbəbləri və şəraiti araşdırılır”, – deyə məlumatda bildirilir.