Sosial

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.