Dünya

İtalyan mafiya başçısı Kolumbiyada tutulub


…Kolumbiyada İtalyan mafiyasının başçısı Dollarino ləqəbi ilə tanınan Emanuele Qreqorini iki il polisdən gizləndikdən sonra tutulub.

SİA xəbər verir ki, bu barədə NTK məlumat yayıb.

Həmin şəxs ölkənin şimalındakı Kartagenada saxlanılıb. Kolumbiya polisi onu “Latın Amerikasındakı italyan mafiyasının lideri” adlandırıb və onun Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığında əsas rol oynadığı güman edilir.

Mafiya başçısının tutulması üçün keçirilən beynəlxalq əməliyyatda bir neçə ölkənin hüquq-mühafizə orqanları iştirak edib.

Dollarino Kolumbiya şəhərində şəxsiyyətini gizlətməyə cəhd etmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən tutulub. O, alış-veriş edərkən, yemək yeyərkən və idman zalına gedərkən kameralara tuş gəlib.

Dollarino bundan əvvəl 2020-ci ildə İtaliya mafiyası üçün çirkli pulların yuyulmasında iştirak ittihamı ilə Romada həbs edilmişdi. Fevral ayında Siciliyada eyni vaxtda 150 Cosa Nostra mafiozunun həbs edildiyi bildirilmişdi.

1984-cü ildən bəri Koza Nostraya qarşı keçirilən ən böyük əməliyyatda 1200-dən çox polis əməkdaşı iştirak edib. Əməliyyat səhər tezdən Palermo və onun ətrafında baş tutub.

Nazlı Almuradova