Macarıstan da Ukrayna ilə bağlı şərtlərini açıqlayıb
Macarıstan ölkədəki macar milli icmasının hüquqları 2015-ci ildəki səviyyəyə qaytarılana qədər Ukraynanın Avropa İttifaqına qoşulmasına icazə verməyəcək.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu şərti respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto deyib.
Nazir vurğulayıb ki, Kiyev on ildir ki, Budapeşti aldadır və yalnız milli azlıqların hüquqlarına hörmət edilməsindən danışır.
…Bu günə qədər Transkarpatiyadakı Macarıstan milli icması 2015-ci ildən bəri əlindən alınan hüquqlardan heç birini almamışdır. Bu fırıldaqdır. Bizi daim aldadırlar.
Siyarto bunu mətbuat konfransında deyib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Ukraynanın uzunmüddətli perspektivdə Avropa İttifaqına qəbulu məsələsini Macarıstan vətəndaşları həll edəcək.
Siyarto Ukraynanın Avropa İttifaqına daxil olmasının Avropa iqtisadiyyatını və təhlükəsizliyini məhv edəcəyi fikrini də ifadə edib.
Əli Babayev