Dünya

Ukrayna ABŞ-la danışıqların bərpası şərtini açıqlayıb…


Ukrayna və ABŞ nümayəndələri martın 24-də Səudiyyə Ərəbistanında danışıqları bərpa edəcəklər.

SİA-nın məlumatına görə, RBC-Ukrayna xəbər verir ki, yüksək rütbəli ukraynalı məmur bu məlumatı Agence France-Presse (AFP) agentliyinə təsdiqləyib.

Moskva və Vaşinqton nümayəndələrinin görüşü başa çatdıqdan sonra Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında danışıqların yeni mərhələsinin baş tutacağı dəqiqləşib.

…Biz hələ də ABŞ və Rusiya arasındakı görüşün nəticələrini gözləyirik. Buna əsaslanaraq, bizim ABŞ-la növbəti görüşümüz olacaq, – deyə ukraynalı rəsmi izah edib.

Bundan əvvəl məlum olub ki, Ukrayna ABŞ-la danışıqlar zamanı limanlara hücumların dayandırılması imkanlarını müzakirə edib.

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Sergey Leşşenkonun sözlərinə görə, Kiyev nümayəndələri Odessa və Nikolayev limanlarına zərbələrin məhdudlaşdırılmasını xahiş etmək niyyətindədirlər.

Əli Babayev