Dünya

Varşavada Azadlıq Günü şərəfinə yürüş keçirilib


…Varşavada Belarus Xalq Respublikasının müstəqilliyinin elan edilməsinin 107-ci ildönümü təntənəli şəkildə qeyd edilib. Bu il onlar bayramı təkcə ənənəvi tarixdə, 25 martda (2025-ci ildə çərşənbə axşamına təsadüf edir) deyil, həm də ondan əvvəlki bazar gününə, martın 23-nə keçirmək qərarına gəliblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Azadlıq Günü şərəfinə belaruslar Varşava küçələrində 330 metr uzunluğunda təsirli ağ-qırmızı-ağ bayraq keçiriblər. Yürüş Üç Xaç Meydanında başlayıb, oradan 330 metrə qədər uzanan nəhəng ağ-qırmızı-ağ bayraqlı iştirakçılar Qala Meydanına doğru gediblər.

Orada əlamətdar tarixə həsr olunmuş konsert olub

Nazlı Almuradova