Dünya

Vitkoff Rusiyanın sülhə can atdığına əmin olduğunu bildirib


ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff əmindir ki, Rusiya Ukrayna münaqişəsini həll etməyi hədəfləyir.

O, Rusiya prezidenti Vladimir Putinə istinad edərək, “…məncə, o, sülh istəyir” -deyib.

Vitkoff əlavə edib ki, ABŞ prezidenti Donald Trampla Rusiya lideri arasında və Vladimir Zelenski ilə telefon danışıqlarında müzakirə “uzunmüddətli sülh haqqında” olub.

SİA xəbər verir ki, Trampın xüsusi nümayəndəsinin sözlərinə görə, bu həftə münaqişənin həlli baxımından “çox iş görülüb”.

Əli Babayev