İqtisadiyyat

Azərbaycan İrlandiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 4 dəfəyə yaxın artırıb


2024-cü ildə Azərbaycan İrlandiya iqtisadiyyatına 12,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İrlandiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,7 %-ə çatıb.

İl ərzində İrlandiyaisə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmayıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 43,45 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon ABŞ dolları (5,8 % çox) təşkil edib.