“Bizim bir daha heç vaxt 52 milyonumuz olmayacaq..?”
…Deməli, o vaxt, 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanan Ukraynanın təxminən 52 milyona yaxın əhalisi var idi.
Qeyd edilməlidir ki, bu, 147 milyonluq Rusiyadan sonra ikinci ən böyük göstərici idi.
…Amma 34 ildən sonra bu rəqəm demək olar ki, iki dəfə azalıb.
2014-cü ildə Krımın ilhaqından, Donbassdakı müharibədən və Rusiyanın davam edən genişmiqyaslı işğalından sonra Kiyevin nəzarətində olan ərazinin əhalisi hazırda Ukrayna Demoqrafiya İnstitutunun hesablamalarına görə 29 milyona yaxındır.
SİA-nın hesablamalarına görə, bu təxminən 45 faiz azalma deməkdir.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hər il onlarla, hətta yüz minlərlə ukraynalı ölkəni tərk edir. Mütəxəssislər hesab edir ki, müharibə nə qədər uzun sürərsə, bitdikdən sonra bir o qədər az adam geri qayıdacaq.
…Məlumdur ki, müharibə demoqrafik meylləri kəskinləşdirməyə, ölümü artırmağa və doğum nisbətlərini azaltmağa meyllidir.
Ukraynada isə əhaliyə ən böyük təsir emiqrasiya olub.
…Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) son məlumatlarına görə, hazırda xaricdə 7 milyona yaxın ukraynalı qaçqın yaşayır. Onların əksəriyyəti – təxminən 6,3 milyonu Avropadadır. Bu rəqəmə Rusiya və Belarusiyaya qaçan və ya oraya aparılmış təxminən 1,3 milyon ukraynalı daxildir. Bu məlumatlar, ehtimal ki, Rusiya və Belarus sərhəd xidmətlərinin məlumatlarına əsaslanır, lakin bunu yoxlamaq mümkün deyil.
Qeyd edək ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktor müavini Oleksandr Qladun deyir.
Avropa İttifaqı tarixdə ilk dəfə olaraq Müvəqqəti Mühafizə Direktivini Rusiya tammiqyaslı işğala başladığı zaman aktivləşdirib, milyonlarla ukraynalıya müvəqqəti yaşamaq icazəsi, maddi yardım, mənzil və işləmək hüququ verib. Hazırda Avropa İttifaqı ölkələrində 4,3 milyondan bir qədər az ukraynalı bu statusdan istifadə edir.
Bəzi ölkələr ukraynalıların kütləvi şəkildə evlərinə qayıtma ehtimalını daha da azaltmaqla, hətta müharibə bitdikdən sonra da qaçqınların qalmasına icazə verməyi düşünür. Məsələn, 400 minə yaxın ukraynalı qaçqının yaşadığı Çexiya bu yaxınlarda iqtisadi cəhətdən müstəqil olan və ən azı iki il qorunan statusa malik olanlara yaşayış icazəsi almağa icazə verən qanun qəbul edib.
…Milyonlarla ukraynalı mühacirət etdiyi bir vaxtda onsuz da aşağı olan doğum nisbətinin kəskin azalması başqa bir demoqrafik problem yaradır.
İmmiqrasiya olmadan sabit əhalini saxlamaq üçün doğum əmsalı (bir qadına düşən uşaqların sayı) 2,1 olmalıdır.
…Tam miqyaslı işğaldan əvvəl Ukraynada bu rəqəm 1,16 idi. O vaxtdan bəri bu, 0,9-a düşüb.
Bunu isə sosial siyasət nazirinin müavini Darina Marçak bildirib.
Qeyd edilməlidir ki, bu, Avropa İttifaqı ölkələrində ən aşağı doğum göstəricilərindən də aşağıdır.
…Doğuş nisbətinin azalması…təbii ki, 25 və yuxarı yaşda olan kişilərin səfərbər edilməsi, habelə hərbi xidmətə çağırış üçün minimum yaş həddinin aşağı salınmasını da göstərmək olar. BMT-nin məlumatlarına görə, Ukraynada 18-25 yaşlı təxminən 1,5 milyon kişi var…
Yeri gəlmişkən, 2022-ci ilin noyabr ayında xaricə gedən ukraynalı qaçqınların 10 faizi qəti şəkildə geri qayıtmaq istəmədiklərini söyləmişdi, amma 2024-cü ilin sonuna qədər bu pay 34 faizə yüksəlib.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğuları göstərir ki, xaricdəki ukraynalı qaçqınların 19 faizi artıq başqa ölkədə vətəndaşlıq qəbul edib və ya müraciət edib, 45 faizi isə bunu almaq istəyir.
…Demoqrafiya İnstitutu 2035-ci ilə qədər 30 milyon insanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacağını proqnozlaşdırır.
…Bu proqnoz hazırkı tendensiyalara əsaslanır, lakin hər şey müharibənin nə vaxt bitməsindən asılıdır.
Dəqiq qiymətləndirmələr yalnız müharibə bitdikdən bir müddət sonra edilə bilər.
Qladun deyir ki, Ukrayna miqrantlara ya geri qayıtmaq, ya da xaricdə qalmaqla bağlı yekun qərar vermək vaxtı döyüşlər bitdikdən bir və ya iki il sonra, 2001-ci ildən bəri edilməyən siyahıyaalma aparmalı olacaq.
Ukrayna baş nazirinin müavini Oleksiy Çernışov deyir ki, dünyada 60 milyondan çox ukraynalı yaşayır və “Ukrayna onları geri qayıtmaq barədə düşünmələri üçün əlindən gələni edir”.
…Bir daha heç vaxt 52 milyonumuz olmayacaq. Biz iqtisadiyyatımızı və sosial infrastrukturumuzu 30 milyonluq əhali ətrafında qurmalıyıq və əhalinin sayından daha çox həyat keyfiyyətinə və yaxşı idarəçiliyə dəyər verməliyik.
Bunu da Qladun deyir.
Əli Babayev