Ermənistan İranla ildə 3 milyard dollarlıq ticarət əməliyyatları aparmaq istəyir
Ermənistan İranla illik ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il iki ölkə 755 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
A.Mirzoyan qeyd edib ki, tərəflər həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında saziş məsələsinə toxunublar. Qeyd edilib ki, bu, iki ölkə arasında ticarətin artması üçün əlavə imkan olacaq.