Ukrayna sakinlərinin demək olar ki, 80 faizi Ali Radaya inanmır
…Respondentlərin əksəriyyəti dövlət aparatına (79 faiz məmurlara güvənmir), siyasi partiyalara (77 faiz), Ukrayna Ali Radasına (77 faiz), məhkəmələrə (bütövlükdə məhkəmə sisteminə 73 faiz) və Ukrayna hökumətinə (71 faiz) etimadsızlıq ifadə edir..?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sorğunun nəticələri göstərib ki, ukraynalıların 60 faizindən çoxu prokurorluğa (63,5 faiz), Ukrayna Milli Antikorrupsiya Bürosuna (62 faiz), Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyə (62 faiz) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğuna (62 faiz) etibar etmir.
Bundan əvvəl Kiyev meri Vitali Kliçko korrupsiya ilə bağlı xəbərlərə görə meriyanın dörd məmurunu işdən çıxarıb. Ukrayna mətbuatı işdən çıxarılan bütün şəhər məmurlarının şəhər əmlakının satışında korrupsiya faktı ilə bağlı iş üzrə müttəhim olduqlarını yazıb.
Əli Babayev