Ağ Evin gizli yazışmalarından yeni çıxarışlar yayımlanıb…
“The Altantic” jurnalının baş redaktoru Cefri Qoldberqin ABŞ-ın yüksək səviyyəli rəsmilərinin söhbət otağına təsadüfən əlavə olunması nəticəsində sızan Ağ Evin gizli yazışmalarının yeni fraqmentləri üzə çıxıb.
SİA-nın məlumatına görə, fotolar nəşrdə yeni məqalədə dərc olunub.
Materiala görə, dərc olunan yazışmalarda ABŞ-ın Yəmən husilərinə zərbə endirmək planlarından bəhs edilir. Xüsusilə, ABŞ müdafiə naziri Pit Heqsetin adından göndərilən mesajda təyyarələrin Yəmənə yola düşmə vaxtı və zərbələrin vaxtı ilə bağlı məlumatlar yer alıb.
Nəşrin məlumatına görə, nəşrin baş redaktoru hücumlar barədə məlumatı bombalamanın planlaşdırılan başlamasına iki saat qalmış alıb.
…Əgər məlumat yanlış əllərə keçsəydi, amerikalı pilotlar və şəxsi heyət daha böyük təhlükə altında olardı.
Bunu nəşr vurğulayır.
Müəlliflər qeyd ediblər ki, yeni skrinşotlar Ağ Evin söhbətdə zərbələrlə bağlı məxfi məlumatları paylaşdığını inkar etməyə başlamasından sonra yayımlanıb.
Ağ Evin mətbuat katibi Caroline Levitt The Altantic-in yeni nəşrinə cavab verib və onu uydurma adlandırıb.
Martın 24-də Qoldberq milli təhlükəsizlik müşavirinin onu ABŞ administrasiyasının rəsmilərinin Yəməndə husilərə qarşı zərbələri müzakirə etdiyi “Houthi PC Close Group” adlı Siqnal söhbətinə əlavə etdiyini söyləyib.
Əli Babayev