Azərbaycanda mebel istehsalı idxalını 18%-dən çox üstələyib
2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 21 milyon 117 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib.
SİA xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.6% və ya 1 milyon 851 min ABŞ dolları çoxdur. 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
Hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.51% təşkil edib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2025-ci ilin ilk 2 ayında ölkədə 42.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5.7% azdır. Beləliklə hesabat dövründə mebel istehsalı idxalını 18.4% üstələyib.