Siyasət

Liviya Prezidenti Şurasının sədri İham Əliyevi təbrik etdi


Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

SİA xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!”.