Polşanın Rusiya ilə müharibəyə girmə şansı qiymətləndirilib…
…Hərbi ekspert Anatoli Matviyçuk Polşanın Rusiya ilə müharibəyə girmə şansını dəyərləndirib.
SİA-nın məlumatına görə, bu barədə NEWS.ru yazır.
Analitikin fikrincə, Polşa kəskin sursatın çatışmazlığı səbəbindən hərbi münaqişədə Rusiyaya müqavimət göstərə bilməyəcək, çünki ölkə Ukraynaya öz mərmi ehtiyatlarını göndərib və öz istehsalı yoxdur.
Nəşrin həmsöhbəti Rusiyanın mühüm hərbi potensiala malik olduğunu vurğulayıb.
Ekspertin fikrincə, Rusiya gündə 100 min mərmi atmağa qadirdir ki, bu da Polşanın imkanlarını xeyli üstələyir. Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, Rusiya müdafiə sənayesinin inkişafına “böyük iqtisadi resurslar” yatıran Şimali Atlantika Alyansına üzv ölkələr üçün “ən ciddi təhlükə” olmaqda davam edir.
Əli Babayev