Ruslar yağ zavodlarında istehsalı dayandırmağa başlayıblar
…EFKO şirkəti Rusiyanın cənubunda yerləşən iki yağ hasilat zavodunda (OEP) fəaliyyətini dayandırıb. Səbəb hazırkı bazar vəziyyətində yaranmış maliyyə itkiləridir.
Şirkət nümayəndələri bildiriblər ki, hər iki zavod əsasən ixracyönümlüdür, lakin hazırda günəbaxan toxumlarının xaricə satışa çıxarılması yalnız itkilərlə nəticələnir.
SİA-nın məlumatına görə, EFKO qeyd edir ki, digər bazar oyunçuları da istehsal xətlərini dayandırmağa məcburdurlar.
Şirkət vurğulayır ki, bu tədbir müvəqqətidir və uzunmüddətli problemlərlə deyil, bazardakı dalğalanmalarla, o cümlədən həddindən artıq möhkəmlənmiş rublla bağlıdır.
Bu barədə RBC yazıb.
Bundan əvvəl Rusiyanın cənubunda yağlı bitkilərin alış qiymətlərinin artaraq kiloqramı 50 rublu keçdiyi bildirilirdi. Bununla birlikdə, günəbaxan yağının ixrac qiymətini bir kiloqram üçün 94 rubl səviyyəsində nəzərə alsaq, istehsalın rentabelliyi günəbaxan dəyərinin kiloqramı üçün 39-40 rubldan yüksək olmamaqla mümkündür.
Nazlı Almuradova