Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirir…
…Avropa İttifaqı Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verdiyi üçün Lukaşenko hakimiyyətinə qarşı sanksiyaları genişləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, “qara siyahı”ya 25 fiziki və 7 hüquqi şəxs əlavə edilib.
Avropa İttifaqının rəsmi jurnalı xəbər verir ki, onlar məhdudlaşdırıcı tədbirlərə məruz qalırlar.
Hakimlər, Mərkəzi Seçki Komissiyasının üzvləri, Lukaşenko administrasiyasının rəhbərləri, rejim tərəfdarı olan iş adamları və biznes liderləri Avropa İttifaqı sanksiyalarına məruz qalıb. “Belaya Rus”un rəhbəri Oleq Romanov da “qara siyahı”dadır.
…Aşağıdakılar hazırda sanksiyalar altındadır: Belarus Respublikasının Mərkəzi Seçki Komissiyası, İnteqral (məlumdur ki, o, Qərbin sanksiyalarından yan keçərək Rusiyaya Ukraynaya qarşı müharibədə kömək edir), Belarus lotereyaları, Ridotto MMC, Planar, Precision Elektromexanika Zavodu və TSYBULKA-BEL MMC…
Əli Babayev