Trampın evsizlərlə yeni mübarizə üsulu
ABŞ prezidenti Donald Tramp evsizliklə mübarizənin qeyri-adi üsulunu nəzərdən keçirir. SİA “CBS”yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri ehtiyacı olanları sosial evlə təmin etmək əvəzinə, onlara məcburi müalicə tətbiq etmək istəyir “Prezident Tramp evsizləri küçələrdən toplamaq, küçələrdə yaşayanları zorla böyük düşərgələrə köçürmək və onların psixi sağlamlığının bərpası üçün dərman müalicəsinə icazə verən yeni yanaşma təklif edir”, – deyə bildirilir. Xatırladaq ki, martın əvvəlində Tramp Vaşinqton merinə şəhərdəki evsizlər düşərgələrinin yığışdırılması barədə əmr vermişdi.