Xartum üsyançı silahlı qruplaşmadan tamamilə azad edildi
Sudan ordusu paytaxt Xartumu üsyançı silahlı qruplaşmadan tamamilə azad edib. Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhanı gətirən təyyarə ölkədə müharibə başlanandan bəri ilk dəfə olaraq Xartum beynəlxalq aeroportuna enib. SİA xəbər verir ki, bu barədə Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan bu yaxınlarda üsyançı çevik dəstək qüvvələrindən təmizlənmiş Prezident Sarayında bəyan edib. Sudan ordusunun əl-Cəzirə vilayətinin şimalındakı kəndlərə və Xartum vilayətinin cənubuna doğru irəlilədiyi qeyd olunub.