Dünya

Morozov dəstəsinin qatili 20 ildəh sonra həbs edilib…


Deməli, ötən ilin avqustunda Morozovun dəstəsinin üzvü Viktor Retski Kostanay şəhərində (Qazaxıstan) saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, 1992-ci ildən dəstənin tərkibində olub, qatil kimi xidmət edib.

SİA-nın məlumatına görə, indi o, Belarusa ekstradisiya olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Retski bir sıra qətllər, ağır və xüsusilə ağır cinayətlər törədib.

2005-ci ilin yanvarında o, İnterpol xətti ilə dövlətlərarası, sonra isə beynəlxalq axtarışa verilib.

Məlum olub ki, Retski Rusiya və Qazaxıstanda saxta sənədlərdən istifadə edərək təqibdən gizlənə bilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti onun Saşa Belıy adına saxta pasportunu göstərib (bu, 90-cı “Briqada” haqqında məşhur kriminal serialın baş qəhrəmanının adı idi-A.B.)

SİA-nın əlavəsi: Morozov mütəşəkkil cinayət qrupu (həmçinin Sergey Morozov dəstəsi kimi tanınır-A.B.) 1980-ci illərin sonundan 2004-cü ilə qədər Qomeldə və Qomel vilayətində mövcud olmuş ən böyük mütəşəkkil cinayətkar qrupdur. Gücünün zirvəsində o, bütün Qomelə effektiv şəkildə nəzarət edirdi və Belarusda fəaliyyət göstərən ən nüfuzlu və ən böyük cinayətkar qrup idi.

…2006-cı il dekabrın 1-də Ali Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən üç cinayətkar- Morozov, Qorbatı və Dançenko ölüm cəzasına məhkum edildilər.

Əli Babayev