“Putin minnətdar oluna biləsi adam deyil…”
…ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları yüngülləşdirməməlidir. O zaman Kremlin rəhbəri Vladimir Putin onu zəif hesab edib növbəti addımı atacaq.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, RBC-Ukrayna Le Figaro-ya istinadən yazır ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Donald Tramp Rusiya ilə yaxşı diplomatik münasibətlər qurmağa çalışıb, lakin Putin kimi bir şəxslə bu üsul işləmir və onun tərəfində güzəştlər müqabilində sanksiyaların yumşaldılması təklifi işə yaramayacaq.
…Putin minnətdar oluna biləsi adam deyil. Donald Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltsa, yalnız bir nəticə çıxaracaq: o, zəif prezidentdir və ona görə də növbəti addıma keçə bilər.
Bunu deyən Zelenskinin sözlərinə görə, Putin sutkada 24 saat təzyiq altında yaşayır, Rusiyada müxalifət yoxdur – nə Kremldə, nə də Kremldən kənarda.
…25 ildir ki, onun məqsədi hakimiyyətini qorumaq və gücləndirmək olub. O, bunu rəqiblərini öldürməklə edib. Həm də Avropanı, ABŞ-ı və avropalıları öz aralarında parçalamaqla. Çünki o, hamı ilə mübarizə apara bilmir. O, uduzacaq. Əgər uduzsa, qüdrətini, Kremlini itirəcək…
Bunu da Zelenski bildirib.
Əli Babayev