Dünya

Rusiyaya məxsus qırıcı NATO səmasında xaos yaratdı


Rusiyaya məxsus “İl-20M” qırıcı təyyarəsinin Baltik dənizindəki Rügen adasının şərqində peyda olmasından sonra NATO qırıcıları bir-birinə qarışıb. SİA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, NATO-nun “Eurofighter” təyyarələri Bakı vaxtı ilə saat 12:30 radələrində Almaniyadakı Laage aviabazasından havaya qalxıb.

Nəşr yazıb ki, alman qırıcıları “İl-20M”i Kalininqrada dönənə qədər bir neçə kilometr müşayiət edib. Nəşr əlavə edib ki, “İl-20M” radio əlaqə qurmayıb və transponderləri söndürülmüş halda hərəkət edib.