“TikTok”un qurcusu Çinin ən varlı adamı oldu
“TikTok” xidmətinin sahibi olan “ByteDance”in 41 yaşlı qurucusu Çjan Yiminq Çinin ən varlı adamları reytinqinə başçılıq edir. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, iş adamının sərvəti 2024-cü ildə 13,6 milyard dollar artaraq 2025-ci ilin mart ayının sonunda 57,5 milyard dollar təşkil edir. Qeyd edilib ki, 2017-ci ilin may ayında rəsmi istifadəyə verildiyi vaxtdan “TikTok” sürətlə populyarlıq qazanaraq, bütün dünyada bir çox gəncin sevdiyi epoxal sosial media platformasına çevrilib. İkinci yerdə 56,6 milyard dollar kapitalla “Tencent Holdings” texnoloji şirkətinin həmtəsisçisi Pony Ma (həmçinin Ma Huateng kimi tanınır) qərarlaşıb. Üçüncü yerdə 54,1 milyard dollarlıq sərvətlə qablaşdırılmış su və sərinləşdirici içkilər istehsal edən “Nongfu Spring” şirkətinin rəhbəri Zhong Shanshan qərarlaşıb. Xatırladaq ki, 2024-cü ilin oktyabrında Zhang Yiming ilk dəfə Çinin ən zəngin adamı seçilib.