Dünya

Almaniyada avtosalon yaxınlığında yeddi “Tesla” avtomobili yanıb


Almaniyanın şimalında Ottersberq icmasında yerləşən firmanın avtosalonu yaxınlığında yeddi “Tesla” avtomobili yanıb. SİA xəbər verir ki, bu barədə polis məlumat yayıb.

“Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar”, – məlumatda bildirilib.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.