Siyasət

Azərbaycan XİN Myanma və Taylanddakı zəlzələ ilə bağlı başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi Myanma və Taylandda baş verən zəlzələ ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.

“Dağıdıcı fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal vəziyyətə qayıtmasına, zərər çəkmiş ərazilərin bərpasına və yenidən qurulmasına ürəkdən ümid edirik”, – paylaşımda qeyd olunub.