Günəşdə güclü partlayış oldu
Martın 28-də Günəşdə güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb.
Qeyd edək ki, Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yer orbitində radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Alovlar adətən günəş plazmasının atılması ilə müşayiət olunur. Onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.