Sosial

“Rutube” qumar oyunlarının reklamına görə Türkiyədə bloklanıb


Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) ölkədə Rusiya videohostinqi “Rutube”un bloklandığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, “Rutube” saytı Türkiyədə açılmır. Saytı açmağa cəhd edərkən bloklanma haqqında məlumat meydana çıxır.

Qeyd edilib ki, “Rutube.ru” saytına giriş BTK-nın 2025-ci il 25 fevral tarixli qərarı ilə bloklanıb.

Bundan əlavə, sayt əvəzinə istifadəçilərə “qeyri-qanuni qumar oyunlarının terrorizmin maliyyələşdirilməsi üçün istifadə edilə biləcəyi” xəbərdarlığı ilə Türkiyə cinayət məcəlləsindən çıxarışlar göstərilir.