Dünya

Peyvəndlərə cavabdeh olan ABŞ rəsmisi istefa verdi


ABŞ-da peyvənd məsələlərinə nəzarət edən Biologiyanın Qiymətləndirilməsi və Tədqiqatı Mərkəzinin rəhbəri Piter Marks istefa verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. “Marks cümə günü günortadan sonra Səhiyyə və İnsan Xidmətləri Departamentinə çağırıldıqdan sonra istefa verdi və ya istefa verə biləcəyini, ya da işdən çıxarıla biləcəyini söylədi”, – məlumatda deyilir.

Qeyd edilib ki, məmur ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri naziri Robert Kennedinin vaksinlərlə bağlı mövqeyini tənqid etdikdən sonra istefa verib.