Dünya

Altı ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəyir


…Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya və Polşa Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

SİA-nın məlumatına görə, bu barədə ölkələrin xarici işlər nazirlərinin Madrid görüşündən sonra birgə bəyanatında deyilir; Sənəd İspaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

…Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynaya gələcək siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyə sadiq qalırıq… Biz həmçinin bütün mövcud vasitələrdən, o cümlədən yeni sanksiyaların qəbulundan istifadə etməklə Rusiyaya əlavə təzyiq göstərməyə hazırıq, – deyə yekun bəyannamədə bildirilir.

Avropa xarici işlər nazirliklərinin rəhbərlərinin sənədi həmçinin Moskvanı “bərabər şərtlərlə dərhal, qeyd-şərtsiz atəşkəsə” razılaşmağa və onu tam yerinə yetirməyə çağırır.

Bundan əlavə, görüş iştirakçıları Rusiyanın aktivlərinin Ukrayna münaqişəsi bitənə qədər dondurulmuş vəziyyətdə qalmasını müdafiə ediblər.

…Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri Ukraynada atəşkəslə bağlı danışıqların yekunlaşdırılması üçün yekun tarixin müəyyən edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Əli Babayev