İqtisadiyyat

Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlayıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 12,82 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

SİA xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 6,491 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27 % azdır.

Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,3 % artaraq 5 milyard 980 milyon ABŞ dollarına, fevralda isə 4,7% azalaraq 2,981 milyard ABŞ dollarına enib.