İqtisadiyyat

Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci cüzi artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 79,128 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 38,756 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 10,3 % azdır.

İki ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 1,2 % artaraq 5 milyard 046 milyon ABŞ dolları, fevralda isə 4,7 % azalaraq 2 milyard 495 milyon ABŞ dolları olub.