Siyasət

Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir:

“31 Mart Azərbaycanın Soyqırımı Günündə biz 107 il əvvəl radikal erməni qrupları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on minlərlə günahsız azərbaycanlının xatirəsini yad edirik. Ermənistan tərəfindən günahsız azərbaycanlılara qarşı dəfələrlə belə dəhşətli əməllərin törədilməsi – kütləvi deportasiyalardan etnik təmizləməyə, soyqırımdan hərbi cinayətlərə qədər – bu vəhşiliklərə görə məsuliyyət daşıyanların cəzasız qalmasına son qoyulmasının vacibliyini vurğulayırıq”.