Dünya

Kallas ABŞ-ı Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb


Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-ı Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb.

…İndi bizə Rusiyanın bu atəşkəsə razı olması, xoş niyyət nümayiş etdirməsi lazımdır.

SİA-nın məlumatına görə, RİA Novosti bunu Kallasdan sitat gətirir.

Onun fikrincə, Vaşinqton “Rusiyaya daha çox təzyiq göstərməkdə öz rolunu” oynaya bilər.

Daha əvvəl “Politico” qəzeti yazıb ki, Avropa İttifaqında Kaya Kallas Rusiyaya qarşı aqressiv ritorikasına görə Avropa rəsmiləri tərəfindən sərt tənqid olunur.

Əli Babayev