Tesla avtosalonunda yanğın baş verib…
İtaliyanın paytaxtı Romada Tesla Inc şirkətinin sərgi salonunda yanğın baş verib.
17 avtomobilə ziyan dəyib.
SİA-nın məlumatına görə, bu barədə Bloomberg yerli yanğınsöndürmə xidmətinin məlumatlarına istinadən xəbər verir.
Yanğınsöndürmə xidməti bildirib ki, alov avtomobillərin dayandığı binaya qismən təsir edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerində polis əməkdaşları işləyir və yanğınsöndürənlərə köməklik göstərirlər.
Tesla avtomobilləri, dilerləri və şarj stansiyaları son həftələrdə şirkətin baş direktoru İlon Maskın hərəkətlərinə cavab olaraq görülən bir sıra vandalizm hücumlarına məruz qalıb.
Əli Babayev