Dünya

Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edə bilər


ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat verib.

Bildirilib ki, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq.

Mənbənin sözlərinə görə, səfərin Rusiya və Ukrayna arasında atəşkəs əldə edildikdən sonra baş tutması nəzərdə tutulur.