Dünya

Zelenski Rusiyanın axşam hücumundan danışdı


Rusiyanın Ukraynaya endirdiyi zərbələrin coğrafiyası və vəhşiliyi hər gün və hər gecə Putinin diplomatiyaya əhəmiyyət vermədiyini nümayiş etdirir. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib. Onun sözlərinə görə, təkcə bu gün Çerkası, Xerson, Donetsk, Zaporojye, Dnepropetrovsk, Sum və Xarkov vilayətləri PUA-lardan, artilleriyadan və idarə olunan aviabombalardan hücuma məruz qalıb. Prezident qeyd edib ki, Rusiya onun döyüş qabiliyyətini qıra biləcək bütün sərt addımlara layiqdir.