Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir
Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib. O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya,…
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. Qeyd olunub ki, həmçinin Suriyada sabitliyin bərpası üçün addımlar atılmalıdır: “Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının təməl daşı olan hərtərəfli və əhatəli…
İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs…
Yaponiya ABŞ-yə SM-6 raketlərinin birgə istehsalını təklif edib
Yaponiya ABŞ-yə SM-6 idarə olunan zenit raketlərinin birgə istehsalı imkanlarını nəzərdən keçirməyi təklif edib. SİA-nın məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Gen Nakatani Tokioda amerikalı həmkarı (Pentaqon rəhbəri) Pit Heqsətlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. “Biz AMRAAM raketlərinin birgə…
Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
Sabah siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır. SİA-nın xəbərinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki…
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Bu barədə…
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb. SİA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb. Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb. Xatırladaq ki, martın 28-də…
Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb
Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb. SİA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası ölkənin Myanmadakı səfirliyinə istinadən məlumat yayıb. “Martın 30-da Çinin Myanmadakı səfirliyi güclü zəlzələ nəticəsində 13 vətəndaşının xəsarət aldığını təsdiqləyib”, – məlumatda deyilir. Bundan…
Azərbaycan və Türkiyə arasında məktub mübadiləsi həyata keçirilib
Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında məktub mübadiləsi həyata keçirilib. Bu barədə SİA-ya Azərbaycan Nazirlər Kabinetindən bildirilib. Əli Əsədov Cevdet Yılmaza ünvanladığı məktubda onu doğum günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb: “Azərbaycanda…
Husilər bir gündə 3 dəfə ABŞ aviadaşıyıcısına hücum edib
Husilər son 24 saat ərzində ABŞ-nin “USS Harri Truman” aviadaşıyıcısına üç dəfə hücum edib. SİA xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, əməliyyata raketlər, pilotsuz təyyarələr və dəniz qüvvələri cəlb…