Month: March 2025

Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 12,82 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. SİA xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % azdır. Təkcə fevralda isə…

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər. SİA xəbər verir ki, Özbəkistan KİV-ə istinadən xəbər verir ki, mərasim martın 31-də Xucənddə təşkil olunmuş…

Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır

Moskva və Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı bəzi ideyaların həyata keçirilməsi üzərində işləyirlər, lakin hələlik konkretlik yoxdur. SİA Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Biz Ukrayna nizamlanması ilə bağlı bəzi…

Tailandda paytaxtda göydələnin uçmasının səbəbləri araşdırılır

Tailandın korrupsiyaya qarşı mübarizə qrupu keçən həftə Banqkokda baş verən zəlzələ nəticəsində uçub dağılan və azı 11 nəfərin ölümünə səbəb olan göydələnin tikintisində pozuntular aşkar edib. SİA xəbər verir ki, bu barədə “Reuters” qrup rəhbərliyinə istinadən məlumat yayıb. Agentlik qeyd…

İspaniyada kömür mədənində partlayış olub

İspaniyanın şimalındakı Asturias bölgəsində kömür mədənində baş verən partlayış nəticəsində 9 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb. Qeyd edilib ki, 3 nəfərin mədən altında qaldığı bildirilir. Hadisə yerinə dərhal təcili yardım və xilasedici…

Apreldə havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacaq

Respublika ərazisi üçün aprel ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, aprel ayı ilin soyuq dövrünün sonu, isti dövrünün başlandığı ay kimi xarakterizə olunur. Buna görə də aprel ayında ölkə ərazisində dəyişkən hava şəraiti müşahidə olunur….

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda…

Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovşağına dair saziş imzalanıb

Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar. SİA “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına…

Haaqada “Sülh Sarayı” qarşısında azərbaycanlılar etiraz aksiyası keçirirlər

Avropada yaşayan Azərbaycanlılar Haaqada “Sülh Sarayı”nın qarşısında ədalət çağırışı ilə etiraz aksiyası keçirirlər. SİA xəbər verir ki, Avropadakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən aksiyada soydaşlarımız ölkəmizə qarşı ədalətsizliklərin, ikili standartların davam etməsinə sərt etirazlarını bildirirlər. Son vaxtlar Avropa və Niderland…

Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb

Aprelin 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz…