Bütün soyqırım qurbanlarını suveren Azərbaycan olaraq ehtiramla anırıq
31 mart həm Azərbaycan, həm də dünya tarixinə azərbaycanlıların məhz etnik mənsubiyyətinə – türk əsilli olduqlarına görə soyqırımı siyasətinə məruz qaldığı, böyük bir qəddarlıqla, vəhşiliklə qətlə yetirildiyi, günahsız insanların süngüdən keçirildiyi bir gün olaraq yazılıb. 1918-ci ilin 31 mart-3 aprel…
Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina edib
Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib. SİA xəbər verir ki, bu barədə yerli mətbuat Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb. “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında”…
Ağdam rayonunda əkin sahələri fasiləsiz olaraq suvarılır
Ağdam rayonunda mexaniki üsulla aparılan suvarmanın yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Hər il əkin sahələrinin vaxtında və normalara uyğun olaraq suvarılması nəticəsində məhsuldarlıq artıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Məlumata görə, Agentliyin tabeliyində olan…
Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Bəzi dağlıq rayonlarda aprelin 1-də gecə və səhər saatlarında avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, görünüş məsafəsinin məhdudlaşması sabah olacaq dumanlı hava şəraiti ilə əlaqədardır.
Qabon prezidenti İlham Əliyevi təbrik edib
Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident. Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi bir vaxtda Sizə,…
Myanmada bir həftəlik milli matəm elan edilib
Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib. SİA TASS-a istinadən xəbər verir ki, son məlumatlara əsasən, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə…
Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik…
Ukrayna və Niderland müdafiə satınalmaları sahəsində əməkdaşlığı genişləndirəcək
Ukraynanın müdafiə naziri Rustem Umerov və Niderlandın müdafiə naziri Ruben Brekelmans martın 31-də Kiyevdə keçirilən görüş zamanı müdafiə satınalmaları sahəsində əməkdaşlığın effektivliyini artırmaq barədə razılığa gəliblər. SİA “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, R.Umerov Niderlandın əlavə 5 milyard avro ayırdığını, bunun…
Tbilisidə polisin avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb
Martın 28-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı Rusiya vətəndaşı Gürcüstan polisinə aid avtomobilini zədələyib. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs, Rusiya vətəndaşı 1995-ci il təvəllüdllü D.K. saxlanılıb. SİA xəbər verir ki, bu barədə…
ADB 1,15 milyard dollarlıq panda istiqrazlar buraxıb
Asiya İnkişaf Bankı (ADB) 8,3 milyard yuan (1,15 milyard ABŞ dolları) dəyərində olan, üç illik müddətə nəzərdə tutulan panda istiqrazlarının buraxılışını uğurla həyata keçirib və bu, banka həm suveren, həm də özəl borcalanların inkişaf layihələrini dəstəkləmək üçün əhəmiyyətli kapital cəlb…