Sosial

BDU-nun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib


Bakı Dövlət Universitetinin (BDU) kollektivi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Quba rayonuna səfər edib.

SİA xəbər verir ki, kollektiv əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib.

Ardınca Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub.

Əvvəlcə BDU-nun əməkdaş və tələbələri kompleksin ərazisində ucaldılan abidənin önünə əklil və gül dəstələri düzüb, soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.

Daha sonra ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan abidə-muzeyin ekspozisiyası ilə tanış olublar. Kompleksin mütəxəssisləri 1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat veriblər.