“Bizə qarşı ikili yanaşmalar davam edəcək”
“1992-ci ildə Xocalıda törədilmiş soyqırım ilə, 1918-ci ildə baş verən soyqırımlar eyni vəhşiliklə baş tutmuşdur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zaman çıxışında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, bu, erməni xislətinin dəyişmədiyini göstərir: “Azərbaycan 44 gün ərzində torpaqlarını işğaldan etdi. Müharibənin bitdiyi ilk gündən sülh müqaviləsi bağlamaq üçün Azərbaycan çalışır. Lakin Ermənistan sülhdən qaçır. Bizə qarşı ikili yanaşmalar davam edəcək. Ona görə də bunun baş verməməsi üçün yeganə çıxış yolu Prezidentimizin ətrafında birləşməkdir”.