Dünya

Sağlam ömrü uzatmağın dörd yolu…


…Uzunömürlülüyün dörd sütunu xəstəliklərin erkən aşkarlanması, ürək-damar və metabolik sağlamlığın optimallaşdırılması, iltihabla mübarizə, idrak və fiziki hazırlığın qorunmasıdır.

SİA-nın məlumatına görə, bu barədə WellnessPulse-ə ABŞ-dan olan immunoloq və ailə həkimi doktor Helen Messier bildirib.

Həkim izah edib ki, sağlam ömür illərini uzatmaq üçün mütəmadi olaraq qan təzyiqi, qanda şəkər və xolesterin səviyyəsi, çəki və bədən ölçülərinə nəzarət etmək lazımdır. Bu göstəricilərdəki dəyişikliklər müxtəlif patologiyaların əlamətlərini vaxtında görməyə kömək edəcəkdir.

Həkim mütəmadi tibbi müayinələrin aparılmasının vacibliyini də vurğulayıb.

…Ən vacib vərdişlər gündəlik fiziki fəaliyyət, keyfiyyətli yuxu, yaxşı qidalanma, stressin idarə edilməsi və müntəzəm sosiallaşmadır. Bütün bu sağlamlıq kateqoriyalarında ardıcıllıq uzun müddət ərzində kumulyativ təsir göstərir,- deyə həkim izah edib.

Qeyd olunur ki, düzgün qidalanma pəhrizə antioksidantları olan qidaların daxil edilməsini nəzərdə tutur. Hüceyrələri oksigenin aktiv formalarının zədələnməsindən və orqanizmdə iltihablanmadan qoruyan təbii maddələrə belə ad verilir. Antioksidantlar çay, qəhvə, meyvə, tərəvəz, kakao, balıq və qoz-fındıq kimi sağlam yağlarda olur.

Güc məşqləri, gəzinti, velosiped sürmə, üzgüçülük hərəkətliliyi, dözümlülüyü qorumaq, ürək xəstəliklərinin qarşısını almaq, piylənmə və diabetdən qorunmaq üçün yaxşı seçimdir.

Əlavə yoga dərsləri də elastiklik və tarazlığı inkişaf etdirməyə kömək edəcək. Bu keyfiyyətlər xüsusilə yaşlılar üçün vacibdir, çünki onlar yıxılma və sınıq riskini azaltmaqdan məsuldurlar.

Nazlı Almuradova